Ağstafada hündürlükdən yıxılan qadının qarnına armatur batıb

Ağstafada hündürlükdən yıxılan qadının qarnına armatur batıb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Avqust , 2017 11:35
Ağstafada hündürlükdən yıxılan qadının qarnına armatur batıb

Ağstafa. 21 avqust. REPORT.AZ/ Ağstafa rayonunda 40 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xılxına kəndində baş verib. 

Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Akifə Hüseyn qızı Məmmədova yaşadığı evdə hündürlükdən yıxılıb. Bu zaman onun qarın nahiyəsinə armatur girərək ağır yaralanıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunduqdan sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi