Ağstafada həyətyanı sahədə 1 ədəd F-1 əlqumbarası aşkar edilib

Ağstafada həyətyanı sahədə 1 ədəd F-1 əlqumbarası aşkar edilib ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib
Hadisə
7 Yanvar , 2018 21:40
Ağstafada həyətyanı sahədə 1 ədəd F-1 əlqumbarası aşkar edilib
ANAMA

Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvarın 7-də Ağstafa rayonunun Köçəsgər kəndi ərazisində 1 ədəd F-1 əlqumbarası aşkar olunub.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya həmin ərazidə mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əlqumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əlqumbarasının ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Son xəbərlər

Orphus sistemi