Ağstafada həmyerlilərini hədələyən şəxslərlə bağlı cinayət işi açılıb

Ağstafada həmyerlilərini hədələyən şəxslərlə bağlı cinayət işi açılıb Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb
Hadisə
12 Mart , 2021 13:24
Ağstafada həmyerlilərini hədələyən şəxslərlə bağlı cinayət işi açılıb

Ağstafa Rayon Polis Şöbəsinə (RPŞ) cari il fevral ayının 14-də və 15-də internet xəbər saytlarından birində bölgə müxbiri işləyən, əvvəllər məhkum olunmuş F.Quliyevin və Ağstafa şəhər sakini V.Zeynalovun rayon sakinləri Z.QasımovZ.Mustafayev barəsində sosial səbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan 500 manat pul tələb etmələri barədə müraciət daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq araşdırmaları aparılır.

Son xəbərlər

Orphus sistemi