​Ağstafada gəncin özünə bıçaqla xəsarət yetirməsinin səbəbləri məlum olub

​Ağstafada gəncin özünə bıçaqla xəsarət yetirməsinin səbəbləri məlum olub Əməliyyat edilən yaralının vəziyyəti hazırda normaldır
Hadisə
3 Dekabr , 2015 12:18
​Ağstafada gəncin özünə bıçaqla xəsarət yetirməsinin səbəbləri məlum olub

Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 1-də Ağstafa rayonunun Poylu kəndində 1989-cu il təvəllüdlü Xəqani İsgəndərovun özünə bıçaqla xəsarət yetirməsinin səbəbləri məlum olub.

"Report" xəbər verir ki, 26 yaşlı gəncin öz qarnına bıçaqla xəsarət yetirməsi borca görə olub.

Belə ki, Biləsuvar rayon sakini olan X.İsgəndərov Ağstafa rayonunun Poylu kəndində yaşayan qayınatası Lətif Əliyevə başqa şəxsə borcunun olduğunu deyərək, ondan pul istəyib. Lakin qayınatası kürəkəninə pul verə bilməyəcəyini bildirib. Bundan sonra X.İsgəndərov bıçağa əl atıb. Nəticədə, o, öz qarnına bıçaqla xəsarət yetirib.

Yaralı X.İsgəndərov dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Orada əməliyyat edilən yaralının vəziyyəti hazırda normaldır.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi