Ağstafada gənc qız intihara cəhd edib

Ağstafada gənc qız intihara cəhd edib Ağstafa. 20 iyun. REPORT.AZ/ Ağstafa rayonunda gənc qız intihara cəhd edib.
Hadisə
20 iyun 2018 10:13
Ağstafada gənc qız intihara cəhd edib
0 : 00
0 : 00

Ağstafa. 20 iyun. REPORT.AZ/ Ağstafa rayonunda gənc qız intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, evdə yığıncaq keçirilirmiş. Bu zaman nənə nəvəsinin gözə dəymədiyini görüb. Onu nə qədər səsləsələr də, heç bir cavab ala bilməyiblər. Axtarışlara başlayanda L.M.-i (ad şərtidir) bağda ağacdan asılmış vəziyyətdə tapıblar. Onlar dərhal kəndiri kəsərək onu aşağı salıblar və xəstəxanaya aparıblar. Gənc qızın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi