Ağstafada gənc oğlan döyülüb - YENİLƏNİB

Ağstafada gənc oğlan döyülüb - YENİLƏNİB Ağstafa rayonunda döyülmə faktı qeydə alınıb.
Hadisə
30 Oktyabr , 2019 22:21
Ağstafada gənc oğlan döyülüb - YENİLƏNİB

Ağstafa rayonunda döyülmə faktı qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. 

Belə ki, 1991-ci il təvəllüdlü Fərid Salıfov kənd ərazisində keçirilən toyda qonaqlara qulluq edən zaman onunla mərasimə gələn qonaqlardan biri ilə mübahisə yaranıb. Mübahisə zamanı qarşı tərəf butulka ilə ona bir neçə zərbə vurub və döyüb.

O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


***21:15

Ağstafa rayonunda döyülmə faktı qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. Mübahisə zəminində döyülən gənc (şəxsiyyəti araşdırılır - red) müxtəlif bədən xəsarətləri alıb. O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi