Ağstafada evdə silah-sursat aşkarlandı

Ağstafada evdə silah-sursat aşkarlandı Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Hadisə
14 Mart , 2020 15:06
Ağstafada evdə silah-sursat aşkarlandı

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. 

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Xətai kənd sakini, 64 yaşlı Tahir Yaqubəliyevin kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 2 ədəd torbanın içərisində qablaşdırılmış “Kalaşnikov” konstruksiyalı 1 avtomat, həmin silaha aid 4 ədəd daraq, 113 ədəd 5.45 mm və 108 ədəd 7.62 mm kalibrli avtomat aid patronlar, üzərində KOMAR 2M yazısı olan 1 ədəd radio cihazı və 24 ədəd iriçaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi