Ağstafa. 18 dekabr. REPORT.AZ/ Ağstafada 25 yaşlı kişi bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırlı kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Ərəstun Loğman oğlu Məmmədli bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.