Ağstafada bıçaqlanan şəxs daha sonra avtomobillə vurulub

Ağstafada bıçaqlanan şəxs daha sonra avtomobillə vurulub Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs saxlanılıb
Hadisə
30 Aprel , 2018 22:11
Ağstafada bıçaqlanan şəxs daha sonra avtomobillə vurulub

Ağstafa. 30 aprel. REPORT.AZ/ Ağstafa rayonunda bıçaqlanan şəxs daha sonra avtomobillə vurulub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1962-ci il təvəllüdlü Qazax rayon sakini Ocaqquliyev Qoşqar Eyyub oğlu Dağkəsəmən kəndində qohumunun toy məclisindən çıxdıqdan sonra taksi kimi fəaliyyət göstərən 1974-cü il təvəllüdlü Ağstafa sakini Rövşən Allahverdiyevə yaxınlaşaraq onu aparmasını istəyib.

Daha sonra onların arasında mübahisə düşüb. Bu zaman sürücü sərnişini bıçaqla vurub. Ardınca maşına minən R.Allahverdiyev idarə etdiyi "Nazlifan" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən, maşınla Q.Ocaqquliyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi