Bakı. 18 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda Bakı şəhər sakini qətlə yetirilib. "Report"un məlumatına görə, üzərində zorakılıq əlamətləri olan Bakı şəhər sakini Tural Hacıyevin meyiti Ağstafa rayon sakini Samir Əliyevə məxsus "VAZ-2106" markalı avtomobillə xəstəxanaya gətirilib. T.Hacıyevin küt alətlə vurularaq öldürüldüyü məlum olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri Samir Əliyev və Fərid Əliyev tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.