Ağstafada avtoqəza olub, 3 nəfər xəsarət alıb

Ağstafada avtoqəza olub, 3 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır.
Hadisə
16 Oktyabr , 2016 17:13
Ağstafada avtoqəza olub, 3 nəfər xəsarət alıb

Bakı. 16 oktyabr. REPORT.AZ / Bakı-Qazax avtomagistralının Ağstafa rayonundan keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un müxbiri xəbər verir ki, "Niva" və "VAZ 21-07" avtomobilləri toqquşub.

Hadisə nəticəsində Qazax rayon sakinləri - 35 yaşlı Anar Şıxlınski, 32 yaşlı Pərviz Yusifov və 27 yaşlı Ağstafa rayon sakini Aqil Böyükişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi