Ağstafada avtomobillər toqquşdu, xəsarət alan var

Ağstafada avtomobillər toqquşdu, xəsarət alan var Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
11 Aprel , 2021 21:52
Ağstafada avtomobillər toqquşdu, xəsarət alan var

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, Ağstafa şəhər ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kolayı kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi