Ağstafada avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ağstafada avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB
Hadisə
10 Oktyabr , 2019 23:20
Ağstafada avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadanın şəxsiyyəti dəqiqləşdirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəzada xəsarət alan piyada, Ağstafa rayon sakini, 63 yaşlı Yaşar Zahid oğlu Yusibovdur. 

Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən piyadanın vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.


***21:55

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağstafa şəhərinin ərazisində qeydə alınıb. Belə ki, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. Onun xəsarət aldığı bildirilir.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Digər məlumata görə, qəzanı törədən avtomobil taksi fəaliyyəti ilə məşğul olur. Faktla bağlı araşdırma aparılır.