Ağstafada mikroavtobus iki piyadanı vuraraq yük maşınına çırpıldı

Ağstafada mikroavtobus iki piyadanı vuraraq yük maşınına çırpıldı Ağstafa rayonunda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Avqust , 2020 22:40
Ağstafada mikroavtobus iki piyadanı vuraraq yük maşınına çırpıldı

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon Qırlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, kənd ərazisində hərəkətdə olan “Mercedes-Benz Vito” markalı mikroavtobus həmin kəndin sakinləri - 25 yaşlı İlham Zeynallı və 34 yaşlı Həsən Hüseynovu vurub, daha sonra yük maşınına çırpılıb.

Qəza nəticəsində hər iki piyada və sürücü xəsarət alıblar.

Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Piyadaların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

22:12

Ağstafa rayonunda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.

Belə ki, mikroavtobus iki piyadanı vurduqdan sonra yük avtomobilinə çırpılıb.

Yol qəzası zamanı xəsarət alanlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi