Ağstafada avtomobil yanıb - FOTO

Ağstafada avtomobil yanıb - FOTO Ağstafa rayonunda avtomobilə qoşulan əlavə qurğu yanğına səbəb olub.
Hadisə
9 Dekabr , 2019 18:44
Ağstafada avtomobil yanıb - FOTO
Report

Ağstafa rayonunda avtomobilə qoşulan əlavə qurğu yanğına səbəb olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Dağ Kəsəmən kənd sakini Sənan Əhmədova məxsus "VAZ-2107" markalı avtomobil anidən alışıb.

Hadisə yerinə Ağstafa rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin ehtimallara görə, yanğına avtomobilə qoşulan səsgücləndirici qurğu səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi