Ağstafada avtomobil ustası təmir zamanı ağır xəsarət alıb

Ağstafada avtomobil ustası təmir zamanı ağır xəsarət alıb Ağstafa rayonunda avtomobil ustası təmir zamanı ağır bədən xəsarətləri alıb.
Hadisə
19 İyul , 2019 11:42
Ağstafada avtomobil ustası təmir zamanı ağır xəsarət alıb

Ağstafa rayonunda avtomobil ustası təmir zamanı ağır bədən xəsarətləri alıb.

"Report"un Qərb Mərkəzinin verdiyi məlumata görə, rayon ərazisində yerləşən avtomobil təmiri sexlərindən birində usta işləyən, rayonun Aşağı Kəsəmən kənd sakini, 1962-ci il təvəllüdlü İxtiyar Mehdi oğlu Mehdiyev təmir etdiyi yük maşınının təkərinin qəfildən partlaması nəticəsində ağır bədən xəsarətləri alıb. Yaralı ətrafdakıların köməyi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi