Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
2027
18 Avqust , 2020 23:42
Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon Dağ Kəsəmən kənd ərazisindən keçən hissəsində baş vermiş avtomobil qəzasında 34 yaşlı Nuranə Tağıyeva və 34 yaşlı Məqsəd İsgəndərov xəsarət alıb.

Hər iki şəxs Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə müraciət edib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi