Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var 

Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var  Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
Hadisə
30 May , 2021 00:10
Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var 

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon Dağkəsəmən kənd ərazisində 2 avtomobilin toqquşması nəticəsində, Qazax rayon sakini, 1996-cı il təvəllüdlü Elfaq Çoban və Ağstafa rayon sakini, 1980-cı il təvəllüdlü Mollayeva İlhamə İsmayıl qızı xəsarət alıb.

Qadının aldığı xəsarət daha ciddidir. Hər iki şəxs Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi