Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var 

Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var  Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
21 Avqust , 2020 21:31
Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var 

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndinin ərazisində baş verib.

Qəza nəticəsində Qazax rayon sakinləri, 1955-ci il təvəllüdlü Firuzə Nəsibova və onun 3 yaşlı qız nəvəsi xəsarət alıb. 

Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi