Ağstafada avtomobil piyadanı vuraraq öldürüb

Ağstafada avtomobil piyadanı vuraraq öldürüb Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
28 Avqust , 2021 22:15
Ağstafada avtomobil piyadanı vuraraq öldürüb

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağstafa şəhərində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçən piyada, 1936-cı il təvəllüdlü Mahmudov Cahangir İsrafil oğlunu vurub. O, ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi