Ağstafada avtomobil piyadanı vuraraq öldürüb

Ağstafada avtomobil piyadanı vuraraq öldürüb Bakı. 13 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 Noyabr , 2018 12:30
Ağstafada avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 13 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, noyabrın 12-də saat 5 radələrində Ağstafa şəhərinin ərazisində Şəmkir şəhər sakini Vüqar Vəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Bayraməli Hüseynəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Ağstafa rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi