Ağstafada avtomobil piyadaları vurdu

Ağstafada avtomobil piyadaları vurdu Ağstafa rayonundaiki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1143
2 Sentyabr , 2020 02:26
Ağstafada avtomobil piyadaları vurdu
0 : 00
0 : 00

Ağstafa rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Poylu yolunda qeydə alınıb.

Belə ki, avtomobil 28 yaşlı Niyaməddin Nəbiyevi və 27 yaşlı Zərbəli Mirzəliyevi vurub. Onlardan biri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb, digəri Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb.

N.Nəbiyevin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Z.Mirzəliyevin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi