Ağstafada avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB

Ağstafada avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB Ağstafa rayonunun Vurğun qəsəbəsinin ərazisində, rayon mərkəzinə gedən əsas magistral yolda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
26 Oktyabr , 2019 13:04
Ağstafada avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB

Ağstafa rayonunun Vurğun qəsəbəsinin ərazisində, rayon mərkəzinə gedən əsas magistral yolda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə nəticəsində Ağstafa rayon sakini, 1991-ci il təvəllüdlü Həziyev Elsəvər Natiq oğlu və1967-ci il təvəllüdlü Hüseynova  Mədinə Fəzail qızı  yaralanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.


*** 12:03

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

İdarəetmədən çıxan avtomobilin maneəyə çırpılıb. Bu zaman sürücü və avtomobildə olan iki nəfər qadın sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi