Ağstafada taksi aşdı, sərişinlər yaralandılar - YENİLƏNİB

Ağstafada taksi aşdı, sərişinlər yaralandılar - YENİLƏNİB Ağstafa rayonunda baş verən ağır-yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
25 Mart , 2020 16:39
Ağstafada taksi aşdı, sərişinlər yaralandılar - YENİLƏNİB
0 : 00
0 : 00

Ağstafa rayonunda baş verən ağır-yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı xəsarət alanlar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatdıreılıblar. 

Yaralılar:

- Qazax rayon sakini, 1959-cü il təvəllüdlü Cahangir Məhəmmədəli oğlu Həsənov, 

- Gəncə şəhər sakinləri, 1976-cı il təvəllüdlü Gülnarə İbrahim qızı Eyvazova 

- 1975-ci il təvəllüdlü Elnarə Namaz qızı Nəsibova. 

Yaralananların  hər üçünün vəziyyəti ağıdır.

Qeyd edək ki, aşan avtomobil taksi olub.


*** 14:58

Ağstafa rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası başverib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon Düzqışlaq kənd ərazisində "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə sürücü və 2 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub . 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi