Ağstafada avtomobil aşıb, 3 qardaş xəsarət alıb - YENİLƏNİB

Ağstafada avtomobil aşıb, 3 qardaş xəsarət alıb - YENİLƏNİB Ağstafa rayonunun Saloğlu qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 3 qardaşın adları məlum olub.
Hadisə
18 Noyabr , 2019 12:31
Ağstafada avtomobil aşıb, 3 qardaş xəsarət alıb - YENİLƏNİB

Ağstafa rayonunun Saloğlu qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 3 qardaşın adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəsəbə ərazisində hərəkətdə olan minik avtomobili idarə etmədən çıxaraq aşıb. Bu zaman avtomobildə olan üç nəfər ağır bədən xəsarətləri alıb.

Yaralılar:

23 yaşlı Əhmədov Samuray Elşən oğlu, 

17 yaşlı Əhmədov Samir Elşən oğlu,

13 yaşlı  Əhmədov Səyad Elşən oğlu.


*** 11:28

Ağstafada rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Saloğlu qəsəbəsində minik avtomobilin aşması nəticəsində 3 qardaş xəsarət alıb. Hər üçü xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi və orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi