Ağstafada avtomobil arabaçını vuraraq öldürüb

Ağstafada avtomobil arabaçını vuraraq öldürüb Ağstafa rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
24 Sentyabr , 2021 08:48
Ağstafada avtomobil arabaçını vuraraq öldürüb

Ağstafa rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yuxarı Göycəli kəndində qeydə alınıb.

Avtomobil araba ilə hərəkətdə olan, 1977-ci il təvəllüdlü İbrahim Əliyevi avtomobil vurub. Nəticədə zərbənin gücündən araba aşıb və İbrahim Əliyev ağır xəsarətlər alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi