Ağstafada 64 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib

Ağstafada 64 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib Ağstafa. 17 oktyabr. REPORT.AZ/ Ağstafa rayon sakini huşsuz vəziyyətdə tapılıb.
Hadisə
17 Oktyabr , 2018 14:14
Ağstafada 64 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib
0 : 00
0 : 00

Ağstafa. 17 oktyabr. REPORT.AZ/ Ağstafa rayon sakini huşsuz vəziyyətdə tapılıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, 1954-cü il təvəllüdlü Təyyar Tahir oğlu Poladov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Ağır kəllə-beyin travması alan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib. Hazırda ayıq vəziyyətdə olan T.Poladov necə xəsarət aldığını xatırlamadığını bildirib. Onun avtomobil tərəfindən vurularaq xəsarət aldığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi