Ağstafada 6 yaşlı uşağı maşın vurub

Ağstafada 6 yaşlı uşağı maşın vurub Ağstafa. 3 dekabr. REPORT.AZ/ Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 Dekabr , 2017 23:09
Ağstafada 6 yaşlı uşağı maşın vurub

Ağstafa. 3 dekabr. REPORT.AZ/ Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, 2011-ci il təvəllüdlü rayon sakini Turan Naib oğlu Muğalov Heydər Əliyev küçəsində yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub.

Hadisə şadlıq sarayının önündə baş verib. İlkin məlumatlara görə, qonaqlar toy şənliyindən evə gedən zaman uşaq yola çıxıb. Bu məqamda onu avtomobil vurub.

Yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi