Ağstafada 51 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb

Ağstafada 51 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Noyabr , 2017 13:53
Ağstafada 51 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb

Ağstafa. 8 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Poylu stansiyasında baş verib. 

Belə ki, Ağstafa rayon sakini, 1966-cı il təvəllüdlü Mirəhməd Malik oğlu İsgəndərov mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. 

İlkin məlumatlara görə, M.İsgəndərov yeznəsi tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi