Ağstafada 39 yaşlı kişinin əmisi qızı tərəfindən bıçaqlandığı məlum olub - YENİLƏNİB

Ağstafada 39 yaşlı kişinin əmisi qızı tərəfindən bıçaqlandığı məlum olub - YENİLƏNİB Onun tanışı olan qadın tərəfindən bıçaqlandığı məlum olub
Hadisə
13 Mart , 2017 01:40
Ağstafada 39 yaşlı kişinin əmisi qızı tərəfindən bıçaqlandığı məlum olub - YENİLƏNİB
Courtesy İmage

Ağstafa. 12 mart. REPORT.AZ/ Ağstafa rayonunda 39 yaşlı Əliyev Ayaz Nizami oğlunun bıçaqlanmasının təfərrüatları məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisəni törədən şəxs A.Əliyevin əmisi qızı olub. 

İlkin məlumata görə, 56 yaşlı qadın əmisi oğlunu ona qarşı xoşagəlməz ifadələr işlətdiyi üçün bıçaqlayıb. Belə ki,  A.Əliyev sərxoş halda ailə həyatı qurmayan əmisi qızına qarşı xoşagəlməz ifadələr işlədib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Bu zaman qadın bıçağa əl atıb və A.Əliyevə xəsarət yetirib. 

Hadisəni törətmiş şəxs saxlanılıb.

***23:46

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, rayonun Köçəsgər kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Ayaz Nizami oğlu şəxsiyyəti hələlik müəyyənləşdirilməyən şəxs tərəfindən sol kürək nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb. O, yaxınları tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı həkimlər tərəfindən əməliyyat edilib. Xəstəxanadan verilən məlumata görə, A. Əliyevin vəziyyəti orta ağırdır.

Ağstafa Rayon Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, A. Əliyev polisə yıxılaraq yaralandığını bildirib. Hazırda hadisənin başvermə səbəbləri və hadisəni törətmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi