Yuxarı

Ağstafada 32 yaşlı kişi intihar edib

Faktla bağlı araşdırmalara başlanıb

Bakı. 26 aprel. REPORT.AZ/ Ağstafa rayonunda intihar hadisəsi baş verib. "Report"un məlumatına görə, ötən gecə rayon sakini, 32 yaşlı Dilqəm Hüseynov özünü asaraq intirar edib. D.Hüseynovun meyiti yaşadığı evin həyətindəki yarımtikilinin tavanından asılı vəziyyətdə ailə üzvləri tərəfindən tapılıb. Onun meyiti Ağstafa Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb və tibbi ekspertizanın rəyinə görə, D.Hüseynovun özünü asaraq intihar etməsi müəyyən olunub.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən araşdırmalara başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi