Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb

Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb Hazırda yanğının qarşısını almaq üçün işlər görülür
Hadisə
20 avqust 2017 17:48
Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb
Foto: Report.az

Ağstafa. 20 avqust. REPORT.AZ/ Ağstafa rayonunda 3 ev yanıb. Xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib. Qazax rayonunda toyda olan ev sakinlərinin birinin evində baş verən yanğın yaxınlıqdakı evlərə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon və Ağstafa rayon Yanğından Mühafizə Hissənin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 

Hadisə nəticəsində 3 evin yandığı bildirilir. Məlumata görə, hadisə zamanı bir FHN əməkdaşı damdan yıxılaraq ağır xəsarət alıb. Yanğında xəsarət alan FHN əməkdaş 47 yaşlı Nağıyev Müşviq Məmməd oğludur.

Hazırda yanğının qarşısını almaq üçün işlər görülür.

Son xəbərlər

Orphus sistemi