Ağstafa. 3 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda 28 yaşlı kişi bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Babək Şəmsi oğlu Abbasov bıçaqlanıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.