Ağstafada 24 yaşlı qadın intihara cəhd edib

Ağstafada 24 yaşlı qadın intihara cəhd edib Faktla bağlı araşdırma aparılır
Hadisə
21 İyun , 2017 20:27
Ağstafada 24 yaşlı qadın intihara cəhd edib

Ağstafa. 21 iyun. REPORT.AZ/ Ağstafa rayonunda 24 yaşlı qadın intihara cəhd edib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Aysel Mayis qızı Bağırova yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd etməyə cəhd göstərib. O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi