Ağstafada 2 avtomobil toqquşub, xəsarət alanlar var

Ağstafada 2 avtomobil toqquşub, xəsarət alanlar var Ağstafa. 13 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda 2 avtomobil toqquşub, xəsarət alanlar var.
Hadisə
13 Noyabr , 2017 09:25
Ağstafada 2 avtomobil toqquşub, xəsarət alanlar var
Report

Ağstafa. 13 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda 2 avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kirovka kəndində baş verib.

Ağstafaya qonaq gələn Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Abışov Yüsif Abış oğlunun idarə etdiyi avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlər Y.Abışovun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Digər yaralının durumunun normal olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi