Ağstafa rayonunda gənc ehtiyatsızlıqdan xəsarət alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon sakini, 2002-ci il təvəllüdlü Sahil Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya aparılıb.
Sağrı nahiyəsindən bir bıçaq xəsarəti alan gəncə tibbi yardım göstərilib. S.Quliyevin sözlərinə görə, hadisə yaşadığı evdə, ehtiyatsızlıq üzündən baş verib.
Faktla bağlı araşdırma aparılır.