Ağstafada 15 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb - YENİLƏNİB

Ağstafada 15 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb - YENİLƏNİB Ağstafa rayonunda ildırım vurması nəticəsində ölən yeniyetmənin adı məlum olub.
Hadisə
29 İyun , 2019 21:34
Ağstafada 15 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb - YENİLƏNİB

Ağstafa rayonunda ildırım vurması nəticəsində ölən yeniyetmənin adı məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Tovuz rayonu Aşağı Quşçu kənd sakini, 15 yaşlı Roman Elman oğlu Süleymanovdur. 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 20:46

Ağstafa rayonunda yeniyetməni ildırım vuraraq öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatyına görə, hadisə rayon ərazisində yerləşən fermalrdan birində baş verib. 

Belə ki, Hələlik şəxsiyyəti məlum olmayan yeniyetmə güclü ildırım çaxandan sonra yerə yıxılıb. Valideynləri ona yaxınlaşanda bədənin müxtəlif yerlərində yanıq izlərinin və qara ləkələrin olduğunu görüblər. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi