Ağstafada saxta COVID-19 pasportu satan şəxslərə cinayət işi açılıb

Ağstafada saxta COVID-19 pasportu satan şəxslərə cinayət işi açılıb “Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində saxta “COVİD-19” pasportunun verilməsi faktı ilə bağlı cinayət işi başlanmışdır.
Hadisə
282
29 Sentyabr , 2021 14:39
Ağstafada saxta COVID-19 pasportu satan şəxslərə cinayət işi açılıb
0 : 00
0 : 00

“Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində saxta COVID-19 pasportunun verilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, “Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə daxil olan məlumat üzrə Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi