Ağstafa sakinində bazarda pirotexniki vasitə aşkarlanıb

Ağstafa sakinində bazarda pirotexniki vasitə aşkarlanıb Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 23-də şəhər bazarında şəhər sakini T.Zeynalovdan 108 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.
Hadisə
24 dekabr 2020 09:16
Ağstafa sakinində bazarda pirotexniki vasitə aşkarlanıb
0 : 00
0 : 00

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 23-də şəhər bazarında şəhər sakini T.Zeynalovdan 108 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

T.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) maddəsi ilə protokol tərtib edilib və toplanmış material rayon məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi