Ağstafa sakini özünü ikinci dəfə asaraq intihar edib

Ağstafa sakini özünü ikinci dəfə asaraq intihar edib Hadisə Poylu kəndində baş verib
Hadisə
24 Oktyabr , 2017 08:41
Ağstafa sakini özünü ikinci dəfə asaraq intihar edib

Ağstafa. 24 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunun Poylu kəndində intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü rayon sakini Elçin Ədalət oğlu Nəbiyev özünü yaşadığı evdə asaraq öldürüb. 

Məlumata görə, E.Nəbiyev 2013-cü ildə ailə həyatı qurub. Lakin, toyundan üç gün sonra özünü asaraq intihara cəhd edib. 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi