Ağstafa sakini naməlum şəraitdə xəsarət alıb

Ağstafa sakini naməlum şəraitdə xəsarət alıb Ağstafa şəhərində 24 yaşlı şəxs naməlum şəraitdə aldığı kəsici xəsarətlə xəstəxanaya müraciət edib.
Hadisə
14 Fevral , 2021 08:56
Ağstafa sakini naməlum şəraitdə xəsarət alıb

Ağstafa şəhərində 24 yaşlı şəxs naməlum şəraitdə aldığı kəsici xəsarətlə xəstəxanaya müraciət edib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, Ağstafa rayon sakini, 24 yaşlı Roman Abbasov sol böyrək üstü nahiyəsindən kəsici xəsarət alıb.

O, yaxınları tərəfindən Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikrən sonra Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə göndərilib.

Özü ehtiyatsızlıqdan yıxılaraq dəmir parçasının batması nəticəsində xəsarət aldığını bildirib.

Onun dəqiq olaraq hansı şəraitdə xəsarət aldığı polis əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi