Ağstafa sakini intihara cəhd etdi, polisə yalan danışdı

Ağstafa sakini intihara cəhd etdi, polisə yalan danışdı Ağstafa rayonunda 36 yaşlı kişiözünə xəsarət yetirməklə intihara cəhd edib.
Hadisə
25 Avqust , 2020 14:20
Ağstafa sakini intihara cəhd etdi, polisə yalan danışdı

Ağstafa rayonunda 36 yaşlı kişi özünə xəsarət yetirməklə intihara cəhd edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 36 yaşlı Samir Cəlilov ülgüclə qoluna xəsarət yetirərək damarlarını kəsib.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb, müayinə və müalicə edildikdən sonra ambulator müalicəyə göndərilib.

S.Cəlilov bir neçə saatdan sonra xəstəxanya qayıdaraq onu avtomobil vurduğunu deyib. Yenidən müayinə edilən S.Cəlilovun bədənində özünə ülgüclə yetirdiyi xəsarətdən başqa heç bir zədə aşkar olunmayıb. Xəstəxananın növbətçi həkimi polisə məlumat verib.  S.Cəlilov polisə yalan ifadə verərək naməlum avtomobil tərəfindən vurulduğunu və sürücünün hadisə yerindən qaçdığını bildirib.

Polis tərəfindən aparılan araşdırmalar nəticəsində həmin şəxsin avtomobilin onu vurması haqda dedikləri öz təsdiqini tapmayıb.

Hazırda onun hansı səbəbdən özünə xəsarət yetirməsi və məsələnin digər təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi