Ağstafa sakini 5 manat borca görə həmyerlisini bıçaqlayıb - YENİLƏNİB

Ağstafa sakini 5 manat borca görə həmyerlisini bıçaqlayıb - YENİLƏNİB Ağstafa. 7 aprel. REPORT.AZ/ Ağstafada evində təmir apararkın yıxılaraq xəsarət aldığı bildirilən rayon sakini Elton Rzayevin bıçaqlandığı məlum olub.
Hadisə
132
7 Aprel , 2018 16:40
Ağstafa sakini 5 manat borca görə həmyerlisini bıçaqlayıb - YENİLƏNİB

Ağstafa. 7 aprel. REPORT.AZ/ Ağstafada evində təmir apararkın yıxılaraq xəsarət aldığı bildirilən rayon sakini Elton Rzayevin bıçaqlandığı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Poylu kənd sakini, 1994-cü il təvəllüdlü Elçin Musayev saxlanılıb. 

Məlum olub ki, Elton Rzayevin Elçin Musayevə 5 manat pul borcu olub. Onlar arasında borc üstündə mübahisə baş verib. Mübahisə sonda davaya çevrilib və E.Musayev həmyerlisini bıçaqlayıb.  


*** 09:43

Ağstafa sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1993-cü il təvəllüdlü Rzayev Elton Natiq oğlu evində təmir aparan zaman yıxılaraq bədəninə armatur girib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi