Ağstafada avtomobil aşdı, xəsarət alan var - FOTO

Ağstafada avtomobil aşdı, xəsarət alan var - FOTO Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Mart , 2020 12:35
Ağstafada avtomobil aşdı, xəsarət alan var - FOTO
Report

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 460-cı kilometrliyində, rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Xəyyam Əmiraslanovun idarə etdiyi "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, X.Əmiraslanov Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşıdır və postdan çıxıb evinə gedirmiş. Avtomobilin yük yerində də xeyli sayda Gürcüstan istehsalı olan müxtəlif spirtsiz və spirtli içkilər olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi