Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə "Report"a hadisə şahidləri məlumat verib.
Belə ki, betonqarışdıran maşın "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə minik maşını betonqarışdıran maşının altında qalıb. Qəzadan sonra avtomobillərdə yanğın baş verib. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub.
İlkin ehtimala görə, qəzaya havanın dumanlı olması səbəb olub. Qəza zamanı insan tələfatının olduğu bildirilir. Hazırda qəza baş verən ünvanda polislər araşdırma aparırılar. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.