​Ağır yol qəzası sürücünün ölümünə səbəb olub - FOTO

​Ağır yol qəzası sürücünün ölümünə səbəb olub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Avqust , 2015 11:06
​Ağır yol qəzası sürücünün ölümünə səbəb olub - FOTO

Bakı. 19 avqust. REPORT.AZ/ Gəncənin Gülüstan qəsəbəsi yaxınlığında baş verən qəza nəticəsində xəstəxanaya yerləşdirilən 56 yaşlı sürücü Nəsir Abdullayev dünyasını dəyişib. “Report”un xəbərinə görə, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum N.Abdullayevin idarə etdiyi “VAZ 21099” markalı avtomobil Namiq Muradxanlının idarə etdiyi “LADA Priora” markalı avtomobillə toqquşub. İlkin ehtimala görə, qəzaya səbəb “VAZ 21099”un sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. 

Son xəbərlər

Orphus sistemi