Yuxarı

Ağdaşda yük maşını minik maşını ilə toqquşub

Ağdaşda yük maşını minik maşını ilə toqquşub

Ağdaş. 31 dekabr. REPORT.AZ/ Ağdaşda yük maşını minik maşını ilə toqquşub.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Ləki-Xınaxlı avtomobil yolunda baş verib.

Belə ki, Kotavan kənd sakini Məhbuz Məmmədovun idarə etdiyi “Mersedes” markalı minik maşını Ağzıbir kənd sakini Cahid Məhərrəmovun idarə etdiyi “QazEl” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “Mersedes”in sürücüsü Məbuz Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi