Ağdaşda yük maşını aşıb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Ağdaşda yük maşını aşıb, iki nəfər xəsarət alıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Noyabr , 2017 10:50
Ağdaşda yük maşını aşıb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Ağdaş. 22 noyabr. REPORT.AZ/ Ağdaşda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində ağır bədən xəsarətləri alan rayon sakinləri, 1971-cil təvəllüdlü İsmayıl Camal oğlu Əliyev və 1987-ci il təvəllüdlü Mehman Adil oğlu Şahbazov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.


***10:34

Ağdaş. 22 noyabr. REPORT.AZ / Ağdaş rayonunda yük maşını aşıb.

“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomagistralının Ağdaşın Qaradeyin kəndi ilə Yevlax rayonunun Qarxun kəndləri arasından keçən hissəsində baş verib.

Belə ki, idarəetmədən çıxan “QazEl” markalı yük maşını yol kənarındakı maneəyə çırpılıb və aşıb.

Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi