Ağdaşda yol qəzası olub, yaralananlar var

Ağdaşda yol qəzası olub, yaralananlar var Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
6 noyabr 2017 06:27
Ağdaşda yol qəzası olub, yaralananlar var

Ağdaş. 6 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda “VAZ“ markalı iki avtomobil toqquşub, xəsarət alanlar var.

”Report”un Şirvan bürosu xəbər verir ki, ”VAZ 21099” markalı avtomobillə “VAZ 2107 “ markalı maşının toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Belə ki, “VAZ-21099” markalı avtomobilin sürücüsü, rayon sakini, 1980-ci il təvəllüdlü Vasif Sadiq oğlu Məmmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idfarəetməni itirib və "VAZ-2107" markalıl avtomobilə çırpılıb. 

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi