Ağdaşda yol qəzası olub, ölən var

Ağdaşda yol qəzası olub, ölən var Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağdaş rayonunun Nemətabad kəndi ərazisində “VAZ" və “Chery” markalı iki minik avtomobili toqquşub.
Hadisə
17 Oktyabr , 2020 18:52
Ağdaşda yol qəzası olub, ölən var

Ağdaş rayonunun Nemətabad kəndi ərazisində “VAZ" və “Chery” markalı iki minik avtomobili toqquşub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1988-ci il təvəllüdlü Sadıqov Orxan Cavid oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi